Makron BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

post-img

ABŞ, İsrail və İran arasında müharibənin başlanması beynəlxalq sülh və təhlükəsizlik üçün ağır nəticələrə gətirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa Prezidenti E. Makron X hesabında paylaşıb.

O bildirib ki, Fransa ən yaxın tərəfdaşlarının müraciəti əsasında onların müdafiəsi üçün zəruri vasitələri səfərbər etməyə hazırdır.

“Hazırkı eskalasiya hamı üçün təhlükəlidir. O, dayandırılmalıdır. İran rejimi anlamalıdır ki, onun artıq nüvə və ballistik proqramına, eləcə də regional sabitliyi pozan fəaliyyətlərinə son qoymaq üçün vicdanlı danışıqlara başlamaqdan başqa seçimi yoxdur. Bu, Yaxın Şərqdə hər kəsin təhlükəsizliyi üçün tamamilə zəruridir. Öz prinsiplərinə sadiq və beynəlxalq məsuliyyətlərinin fərqində olan Fransa, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir. Mən Avropadakı tərəfdaşlarımız və Yaxın Şərqdəki dostlarımızla sıx təmasdayam", - deyə E.Makron yazıb.

Dünya