İranın Gürcüstandakı səfirliyi birbaşa uçuşların olmaması səbəbindən vətənlərinə qayıda bilməyən vətəndaşlara kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bunu İranın Gürcüstandakı səfiri Seyid Əli Mocani bildirib.
O deyib ki, səfirlik bu istiqamətdə müvafiq tədbirlər görməyi planlaşdırır: “Səfirliyin veb-saytında və digər etibarlı platformalarda rəsmi bəyanat dərc etməklə İrana qayıtmağınız üçün görülən tədbirlər barədə sizi məlumatlandıracağıq”.

