İran səmasında vurulmuş ABŞ-nin F-15 qırıcı təyyarəsinin pilotlarının axtarışına cəlb edilmiş helikopterin raketlə vurulduğu bildirilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, raketlə vurulan “Black Hawk” tipli helikopter İran hava məkanını tərk edərək təhlükəsiz şəkildə eniş edə bilib.
İran mediası da bu gün ABŞ-a məxsus bir helikopterin axtarış əməliyyatları zamanı vurulduğunu açıqlayıb: “Amerika helikopteri itkin pilotun axtarışı zamanı İran tərəfindən atılan mərmi ilə vurulub”.

