Tramp: İranla danışıqlar sürətlə davam edir

post-img

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi, 1 iyun tarixində bildirib ki, İranla danışıqların “sürətli templə” davam etdiyini bildirib.

Məlumatı “Anadolu” verib. 

Tramp sosial media hesabı olan Truth Social-da yazıb: “İran İslam Respublikası ilə danışıqlar sürətlə davam edir”.

Bundan əvvəl İranın “Tasnim” xəbər agentliyi Tehranın İsrailin Livana hücumlarına etiraz olaraq vasitəçilər vasitəsilə ABŞ ilə əlaqələri dayandırdığını bildirmişdi.

ABŞ və İsrailin fevral ayında İrana qarşı hava hücumları başlatmasından sonra Yaxın Şərqdə gərginlik artıb. Tehran buna cavab olaraq İsrailə və ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinə hücumlar edib və Hörmüz boğazını bağlayıb.

8 apreldə Pakistanın vasitəçiliyi ilə atəşkəs əldə edilib, lakin sonrakı İslamabad danışıqları davamlı bir razılaşma ilə nəticələnməyib. O vaxtdan bəri həll yolu tapmaq səyləri davam edir.

 

P.ƏMİRCANOV

XQ

Dünya