Azərbaycanda yanvarın 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən XQ-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

