Bu il noyabrın 1-də Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II Forumu keçiriləcək. Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutacaq.
Məlumat komitədən veriblər.
Almaniyanın Köln şəhərində keçirilməsi planlaşdırılan forumda “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.
Forumun əsas məqsədi Avropada yaşayan azərbaycanlı mühəndisləri bir araya gətirmək, eyni sahəni təmsil edən mütəxəssislərin bilik və təcrübə mübadiləsinə şərait yaratmaq, eləcə də Azərbaycan ilə Avropa arasında elmi-texnoloji əməkdaşlığın inkişafına töhfə verməkdir.
P.Əmircanov
XQ