Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumunun açılış mərasimi keçirilir.
XQ xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU), “Codelandia” MMC və İsrailin Ben-Qurion Negev Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən alimləri, mütəxəssisləri və innovatorları bir araya gətirərək süni intellekt və məlumat elmləri sahəsində son nailiyyətlərin müzakirəsinə geniş imkan yaradır.
Üç gün davam edəcək forum süni intellekt nəzəriyyəsi, yeni üsulların işlənməsi və Data elminin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqinə dair fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır.