MEK-də “Fətəli xan Xoyski - 150” adlı virtual sərgi hazırlanıb

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illiyi münasibətilə “Fətəli xan Xoyski - 150” adlı virtual sərgi hazırlanıb. 

XQ xəbər verir ki, virtual sərgidə Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının tam mətni təqdim edilib.  Görkəmli ictimai xadimin çətin, keşməkeşli, lakin şərəfli, mübarizələrlə zəngin ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin, sərgidə video və fotoşəkillər, tarixi sənədlər yer alıb.

Sərgilənən nəşrlər sırasında “Fətəli xan Xoyski. Həyat və fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”, “Komissar”, “XX əsr. Azərbaycanın görkəmli dövlət qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hüququ”, “Müstəqilliyə gedən yol”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “İstiqlal sevgisi”, “Cümhuriyyətin təhlükəsizlik orqanları” və digər dəyərli nəşrləri qeyd etmək olar.

Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.

Linkə daxil olaraq, virtual sərgi ilə tanış ola bilərsiniz.

https://heyzine.com/flip-book/e7a636fa67.html



Elm