İtaliya A Seriyasının oyunları Roma Papasının ölümü ilə əlaqədar təxirə salınıb

post-img

İtaliya A Seriyasının XXXIII turunda bu gün keçirilməsi planlaşdırılan oyunlar Roma Papası Fransiskin vəfatı ilə əlaqədar təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" qarşılaşmalarının yenilənmiş tarixi daha sonra açıqlanacaq.

Qeyd edək ki, Pontifik 89 yaşında dünyasını dəyişib. 2013-cü ildə Roma Papası seçilən Fransisk son aylarda pnevmoniya xəstəliyindən əziyyət çəkirdi.

İdman