“Neftçi” Venesuela millisinin futbolçusunu transfer edib

post-img

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib.

Bildirilib ki, Venesuela millisinin üzvü Freddi Varqas komandaya cəlb olunub.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb. Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

İdman