Zidan Fransa millisinin baş məşqçisi olacaq

post-img

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq. Bu barədə “Defensa Central” RMC After Foot-un jurnalisti Jilber Brisbua məlumat verib.

“Didye Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra bizdə Zidan olacaq! Necə sevincli, hər şey həll olundu!”, - o bildirib.

Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

XQ

İdman