Azərbaycanı Braziliyada təmsil edəcək uşuçular

post-img

Azərbaycanı Braziliyada keçiriləcək uşu üzrə böyüklər arasında Dünya çempionatında təmsil edəcək idmançılar müəyyənləşib. Bu barədə mediaya Uşu Federasiyasından məlumat verilib.

Yarışda məşqçi Elçin Eminovun rəhbərliyi altında Orxan Hətəmov (52 kq), Amin Əlilli (60 kq), Həmzə Rəsulzadə (65 kq), Nicat Kisiyev (70 kq) və Elvin Abbasov (85 kq) iştirak edəcəklər.

Qeyd edək ki, dünya çempionatı avqustun 31-dən sentyabrın 7-dək keçiriləcək.

M.HACIXANLI 
XQ 

İdman