Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir. İlk yarış günündə Azərbaycan cüdoçuları Məhəmməd Musayev (66 kiloqram) və Nihad Məmişov (60 kiloqram) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq finala vəsiqə qazanıblar. Final görüşündə də rəqibə şans verməyən cüdoçularımız Bratislavda Azərbaycan himnini səsləndiriblər.
Digər təmsilçimiz Fərid Qarayev (60 kiloqram) isə bürünc medal qazanıb. Qeyd edək ki, Fərid yalnız 4/1 finalda komanda yoldaşı Nihad Məmişova məğlub olub.
Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.
Qabil YUSİFOĞLU
XQ