Avropa çempionatında gümüş medal

post-img

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiya şahmatçılarına uduzub – 1:3. Son turda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı keçirdikləri görüşdə məğlub olub. Yalnız Eltac Səfərli görüşü qələbə ilə başa vurub. Beləliklə, komandamız yarışı 13 xalla ikinci sırada bitirib.

Ukrayna millisi birinci, Serbiya isə üçüncü nəticə göstərib.

Qadınlardan ibarət seçmə komandamız isə sonuncu görüşdə Polşaya məğlub olub – 1.5:2.5

Q.YUSİFOĞLU
XQ

İdman