Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-pridə 7 medal qazanıblar.
Sonuncu yarış günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev beş aylıq fasilədən sonra qayıdışını gümüş medalla qeyd edib. Ən ağır çəkidə mübarizədə isə Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıb. Bu, 21 yaşlı cüdoçumuzun Dünya Turu Seriyasında qazandığı ilk medal kimi əlamətdar olub.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.
Q.YUSİFOĞLU
XQ