Qadın voleybolçular arasında Azərbaycan çempionatında yeni mövsümə start verilib. Yüksək Liqanın Gəncə İdman Sarayında təşkil olunan açılış oyunu “Gəncə” və “Azərreyl” komandaları arasında baş tutub. Qalib tay-brekdə müəyyənləşib. Matç son çempion “Azərreyl”in 3:2 hesablı qələbəsi ilə bitib.
Turun növbəti oyunu sabah UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında keçiriləcək. I turun “DH Volley” – “Abşeron” və “Gənclər” – “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Q.YUSİFOĞLU
XQ