Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan” 2500, “Turan Tovuz” isə 5700 manat cərimələnib. Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. “Turan Tovuz” isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.
Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
AFFA İntizam Komitəsi eyni zamanda “Sabah” klubuna xəbərdarlıq edib. Buna XII turda “Şamaxı” ilə oyunda tamaşaçılar tərəfindən gətirilmiş və qadağan olunmamış əşyaların arenaya buraxılmaması səbəb olub.
“Sumqayıt”ın futbolçusu Rayan Senhaci isə 1 oyunluq cəza alıb. O, “Qarabağ”la görüşdə ikinci sarı vərəqə alaraq meydandan qovulub. “Gənclik şəhəri” təmsilçisi ona görə 500 manat ödəməli olacaq.
Qabil YUSİFOĞLU
XQ

