Sabah Əbu-Dabidə Böyük Dəbilqə turniri başlayır

post-img

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub. Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək.

Əbu-Dabi Böyük Dəbilqəsinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 10:00-dan JudoTV-dən, final blokunu isə 17:00-dan etibarən İdman TV telekanalından canlı olaraq izləyə bilərsiniz.

Kişilərin 60 kiloqram çəkidə  1/8 final görüşləri Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə, Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə, 66 kiloqram çəkidə 1/16 final qarşılaşması Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)

Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya) cütünün qalibi ilə, 73 kiloqram çəkidə 1/16 final yarışları Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ), Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə, 90 kiloqram çəkidə 1/16 final Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus), Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan), 100 kiloqramdan artıq çəkidə 1/8 finalda Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə,

Uşanqi Kokauri isə  Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

XQ

 



İdman