Vüqar Həşimov Memorialının açılışı

post-img

Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov memorialının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında Vüqar Həşimovun ölkə şahmatı tarixindəki rolundan bəhs edib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov turnirin təşkilinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Təşkilat Komitəsinin sədri Sərxan Həşimov yarışın bundan sonra da keçiriləcəyinə söz verib. O bildirib ki, turnirin Xankəndidə təşkili tarixi hadisədir. S.Həşimov daha sonra yarışı açıq elan edib.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Qabil YUSİFOĞLU
XQ

İdman