Dekabrın 26-da 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində daha 6 çəkidə mükafatçılar bəlli olub. Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışın ikinci günündə 139 idmançı tatamidə qüvvəsini sınayıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, qızlar 40 kq, 52 kq, 70 kq; oğlanlar isə 42 kq, 55 kq və 73 kq çəki dərəcələrində mübarizə aparıblar.
İkinci günün qaliblərini təqdim edirik:
Qızlar arasında 40 kiloqram çəki dərəcəsində
1. Nərgiz Fərzəliyeva (RKİM)
2. Fatimeyizəhraxanım Məmmədzadə (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Nuray Ağahüseynzadə (Xızı UGİŞM)
52 kiloqram çəki dərəcəsində
1. Nuray Nağıyeva (Şuşa UGİM)
2. Naziləzəhra Rüstəmli (ACF)
3. Sevinc Məmmədzadə (Neftçi İK)
3. Səma Qurbanova (Kanokan-TT İK)
70 kiloqram çəki dərəcəsində
1. Zümrüd Əliyeva (RKİM)
2. Aytac Rüstəmova (Goranboy UGİM)
3. Zeynəb Mehti (Turan İK)
Oğlanlar arasında 42 kiloqram çəki dərəcəsində
1. Ayhan Musazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Fərid Abdullayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fərid Babayev (Lokomotiv İK)
3. Cəfər Həmzəyev (Neftçi Siyəzən)
55 kiloqram çəki dərəcəsində
1. Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Fərid Hüseynov (Atilla İK)
3. Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
73 kiloqram çəki dərəcəsində
1. Əli Qulamlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. İbrahim Əliyev (Günəşli İK)
3. Kərim Məmmədov (Ramana İM)
3. Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Qeyd edək ki, ölkə birinciliyi dekabrın 28-də başa çatacaq.
Qabil ƏLİYEV
XQ





