Sabah İtaliyada XXV Qış Olimpiya Oyunları start götürəcək. Yarışlarda Azərbaycan da təmsil olunur. Dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev nüfuzlu yarışda qüvvələrini sınayacaqlar.
Azərbaycan indiyədək Qış Olimpiya Oyunlarında medal qazanmayıb və müstəqil dövlət kimi ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində təşkil olunan olimpiadada təmsil olunub. O vaxtdan bəri ölkəmiz bütün Qış Olimpiya Oyunlarına qatılsa da, hələlik fəxri kürsüyə yüksələn idmançımız olmayıb. İndiyədək ən yüksək göstərici 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Oyunlarda qeydə alınıb. Fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutub.
Qeyd edək ki, “Milano–Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək Milan və Kortina d`Ampetso şəhərlərində təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ

