Basketbolçularımızın Avropa rəqibləri

post-img

Basketbol üzrə yeniyetmələrdən ibarət oğlan və qız milli komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib. Komandalarımız hamısı B divizionunda çıxış edəcək. İyulun 31-dən avqustun 9-dək Rumıniyada keçiriləcək yarışlarda U-18 qızlardan ibarət millimizin A qrupundakı rəqibləri İslandiya, Portuqaliya, Rumıniya və Niderland yığmaları olacaq.

U-18 oğlanlardan ibarət milli komandamız isə iyulun 24-dən avqustun 2-dək Xorvatiyada Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmaları ilə görüşəcək.

U-20 qızlardan ibarət milli komandamız da A qrupunda iyulun 4-dən 12-dək Bolqarıstanda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

U-20 oğlanlardan ibarət milli komandamız iyulun 10-dan 19-dək Slovakiyada A qrupundakı rəqibləri İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya basketbolçuları ilə qüvvələrini sınayacaq.

Qabil YUSİFOĞLU
XQ

 

İdman