DÇ–2026-ya bilet alanlarla xoş xəbər

post-img

ABŞ-ın Azərbaycandakı səfirliyi 2026-cı il futbol üzrə Dünya Çempionatına biletləri olan şəxslərin viza müsahibəsinə prioritet qeydiyyat həyata keçirəcək.

Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “FIFA Dünya kuboku–2026 oyunlarını izləmək məqsədilə bu il ABŞ-a səfər edəcək bilet sahibləri üçün xoş xəbər – ABŞ vizası üçün prioritet görüş imkanı təqdim edirik! Əgər bileti birbaşa FIFA-dan almısınızsa, indi FIFA PASS proqramına qoşula bilərsiniz”.

Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı 2026-cı ilin iyun–iyul aylarında ABŞ, Meksika və Kanadanın 16 şəhərində keçiriləcək. Matçların əksəriyyəti ABŞ-da oynanılacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman