Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 22 21 yanvar 2026-cı il, Bakı şəhəri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106; 2025, № 4 (II kitab), maddə 421; № 9, maddə 858) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əlavə – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nin 2.1-ci bəndinə aşağıdakı məzmunda 2.1.634–2.1.636-cı yarımbəndlər əlavə edilsin:

 



Nazirlər kabinetinin qərarları