“Qarabağ”ın çətin qələbəsi

post-img

Misli Premyer Liqasının XIX turunda “Şamaxı”ı doğma meydanda Ağdamın “Qarabağ” komandasını qəbul edib. Çətin hava şəraitində keçən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb–2:1.

Görüşün 14-cü dəqiqəsində meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə isə Kamilo Duran ağdamlıların qələbə topunu vurub.

Bu nəticədən sonra “Qarabağ” 42 xalla ikinci, “Şamaxı” isə 23 xalla 8-ci sıradadır.

Günün ikinci oyununda “Neftçi” “Qəbələ”ni qəbul edib. Palms Sports Arenada keçirilən qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xatırladaq ki, XIX turun daha əvvəl keçirilən görüşlərində “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Turan Tovuz” “Karvan-Yevlax”ı (1:0) üstələyib, “İmişli” – “Kəpəz” görüşündə isə hesab açılmayıb.

Qabil YUSİFOĞLU
XQ

İdman