Xankəndidə 1300 ünvana qaz verilib

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, şəhərin təbii qaza olan tələbatını ödəmək üçün lazımi yenidənqurma və bərpa işləri aparılır. Hazırda infrastrukturun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Artıq Xankəndi şəhərində 1300 abonent “mavi yanacaq”la təmin edilib, Bununla yanaşı, 15 sənaye obyektinə də təbii qaz verilib.

Böyük Qaydışla əlaqədar olaraq əhalinin köçürülməsi üçün nəzərdə tutulan Xocalının Xan yurdu və Təzəbinə kəndlərində isə qaz xətlərinin çəkilişləri davam edir.

 

İqtisadiyyat