Bu il fermerlərə 4,4 milyon manat sığorta ödənilib

post-img

Bu ilin yanvar – iyun ayları ərzində müxtəlif səbəbdən zərərlə üzləşən fermerlərə 4 milyon 435 min manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 571 min manat və ya 55 faiz çox) sığorta ödənişi edilib. Bu barədə XQ-yə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə sığorta ödənişinin 4 milyon 245 min manatı bitkiçilik məhsulları üzrə (əkin sahələrinə), 190 min manatı isə heyvandarlıq təsərrüfatlarına edilib.

Sığorta ödənişlərinin verilməsi ilə nəticələnən əsas sığorta hadisələri bitkiçilik üzrə ən çox fırtına, dolu, şaxtavurma və subasma hadisələri üzrə həyata keçirilib. Heyvandarlıq sığortasında isə ödənişlərin böyük hissəsi yoluxucu xəstəliklər və ot-yemdən zəhərlənmə hallarına aid olub.

 

İqtisadiyyat