Keyfiyyət İnformasiya Sistemi elektronlaşdırılır

post-img

Azərbaycanda malın mənşə ölkəsini təsdiq edən müraciətlərin qəbulunun Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentli­yinin Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) üzərin­dən həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə agentlik tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektron­laşdırılması üçün “Mənşə sertifikatı” alt modulu hazırlanaraq Keyfiyyət İn­formasiya Sistemində istifadəyə verilib. İxrac fəaliyyəti ilə məşğul olan sahi­bkarlara mənşə sertifikatları üçün müraciətlərini həmin sistem (e-keyfiyyet.gov.az) vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

Agentliyin məlumatına əsasən, mən­şə sertifikatlarının əldə olunması ilə bağ­lı müraciətlərin Keyfiyyət İnformasiya Sistemi vasitəsilə edilməsi ixracatçılar üçün bir sıra üstünlüklər yaradır. Bunlara elektron imza və ya asan imzadan istifa­də etməklə şəxsi kabinetin yaradılması, real rejimdə müraciətlərin icra statusları barədə dəqiq məlumatların əldə edilməsi, malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədilə müqavilənin bağlanması və keçirilən eks­pertiza üçün xidmət haqqının ödənilmə­sinin elektron qaydada həyata keçirilmə­si, dövlət rüsumlarının elektron qaydada ödənilməsi, müəyyən dövr aralığında əldə edilmiş mənşə sertifikatları barədə statistik məlumatların əldə olunması, ixracatçıların təqdim etdiyi məlumatlar əsasında mənşə sertifikatlarının elektron qaydada forma­laşdırılması, mənşə sertifikatlarının çevik və operativ əldə edilməsi və s. aiddir. 

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx agentliyin rəsmi “Youtube” kanalında yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xid­mətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi va­sitəsilə də videoçarxla tanış olmaq müm­kündür.

Məlumat üçün bildirək ki, hazırda ma­lın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər İqtisadiy­yat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada qəbul edilir. Yeni dəyişikliklə əlaqədar sistemə tam keçid tə­min olunduqdan sonra mənşə sertifikatları­nın əldə edilməsi prosesində ləngimələrin qarşısının alınması və sistemdən istifadə bacarıqlarının formalaşdırılması məqsə­dilə sahibkarlara qarşıdakı dövrdə mənşə sertifikatları üçün müraciətlərini Keyfiy­yət informasiya sistemi vasitəsilə həyata keçirmələri tövsiyə edilir.

İqtisadiyyat