Qırmızı dənizdə beynəlxalq sualtı fiber-optik kabellər zədələnib

post-img

"Microsoft Azure" bulud platformasının istifadəçiləri Qırmızı dənizdə bir neçə beynəlxalq sualtı kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilərlər. Bu barədə "Microsoft"un açıqlamasında bildirilib.

"Asiya və Avropa regionlarından başlayıb Yaxın Şərqdən və əks istiqamətdə keçən trafik Qırmızı dənizdə bir neçə sualtı fiber-optik kabelin zədələnməsi səbəbindən gecikmələrlə üzləşə bilər", - deyə məlumatda bildirilib. Şirkət həmçinin xəbərdarlıq edib ki, kabellərin bərpası vaxt aparacaq. Zərərin səbəbi isə açıqlanmayıb.

XQ

 

İqtisadiyyat