DB “Yaşanılabilən Bakı” layihəsinə qrant ayırıb

post-img

Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi çərçivəsində növbəti qrant ayırıb. Layihə Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı ilə bağlıdır. Belə ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək.

Dünya Bankından verilən açıqlamaya görə, qrantın bir hissəsi layihə ilə bağlı məsləhət xidmətlərinə yönəldiləcək. Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları bir daha nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadi əsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki-iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır. Sözügedən göllərin texniki-iqtisadi əsaslandırmaların yenilənməsinin isə 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.

XQ

İqtisadiyyat