Azərbaycanın bu ilin yanvar–sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 105,2 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın Milli Statistika Xidməti bildirir ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycanın Gürcüstana investisiyaları 55,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin 9 ayı ərzində Gürcüstan iqtisadiyyatına investisiyalarını 1,9 dəfə artırıb. Eyni zamanda, üçüncü rübdə Azərbaycandan Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 56,7 milyon ABŞ dolları (2024-cü ilin 9 ayı ilə müqayisədə 2,6 dəfə çox) təşkil edib.
Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 8,3 faiz payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran dördüncü investor olub.
Bu ilin yanvar–sentyabr aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar ümumilikdə 1 milyard 296,9 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın Gürcüstana birbaşa investisiyaları 83,9 milyon ABŞ dolları təşkil edib.
XQ

