Macarıstan və Azərbaycan arasında təbii qazın tədarükü haqqında imzalanmış saziş iki il müddətinə nəzərdə tutulub.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədə yazıb. O bildirib ki, Azərbaycanla təbii qazın alınması ilə bağlı növbəti saziş 2 il müddətinə, 800 milyon kubmetr həcmi əhatə edəcək.
Xatırladaq ki, dekabrın 10-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" şirkəti arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb. SOCAR və "MVM CEEnergy" 2023-cü ilin iyun ayında 100 milyon kubmetr qazın tədarükü haqqında müqavilə imzalayıb. Tədarükə 2024-cü ilin aprel ayında başlanılıb.
Bundan başqa, "MVM Group" "Şahdəniz" layihəsində 5 faiz, "South Caucasus Pipeline Company"də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralının operatoru) 4 faiz paya malikdir.
XQ

