Türkiyə ilə əməkdaşlıq əlaqələri genişlənir

post-img

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi vətəndaş cəmiyyətinin inkişafı, hüquqi maarifləndirmə və sosial təşəbbüslərin dəstəklənməsi sahələrində təqdirəlayiq  fəaliyyət göstərir.
İctimai Birlik fəaliyyət göstərdiyi müddətdə həyata keçirdiyi layihələrlə cəmiyyətdə ictimai nüfuz qazanıb, özəlliklə gənclər, qadınlar və sosial həssas qruplar üçün maarifləndirmə təşəbbüsləri ilə fərqlənib. Hüquqi biliklərin artırılması, iqtisadi savadlılığın genişləndirilməsi və cəmiyyətin inkişafına xidmət edən müxtəlif layihələrin həyata keçirilməsi təşkilatın idarəçilik bacarıqlarının və sosial məsuliyyət hissinin göstəricisidir.

Təşkilatin ictimai sektorda ardıcıl və prinsipial fəaliyyəti ictimai faydalı əməkdaşlıq üçün geniş imkanlar açır.

Bu günlərdə təskilatın yeni bir əməkdaşlıq uğuru ilə bağlı xəbər aldıq. Xəbərdə bildirilirdi ki, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyi qardaş Türkiyənin İzmir şəhərində Karadeniz Konfederasiyasının İdarə Heyətinin sədri Hızır Murtezaoğlu ilə görüş keçirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparilıb. Həmçinin görüşün  nəticəsi olaraq tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

İctimai birliyin sədri Arzu Bağırova bildirib ki, imzalanmış memorandum gələcəkdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, maarifləndirici tədbirlərin təşkili və regional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A. Bağırova deyib: "Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına, eləcə də ölkələrimiz arasında vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq".
Görüşun sonunda Arzu Bagırova beynəlxalq əməkdaşlığa doğru atılan bu addım münasibətilə Karadeniz Konfederasiyasına təşəkkür edib, fəaliyyətlərinin uğurlu olacağına inamını ifadə edib.

Zərifə BƏSİRQIZİ
XQ







İqtisadiyyat