Dövlət zəmanətli borcun tərkibi açıqlanıb

post-img

XQ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın bu il yanvarın 1-nə 10 milyard 368,4 milyon manat (ÜDM-in 8 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 643 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.

Belə ki, hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 %-ni sabit, 40,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,9 %, avro – 17,7 %, manat – 12,8 %, yapon yeni – 3,7 %, digər valyutalar – 1,9 %.

Dövlət zəmanətli borcun 73,9 %-i 5 ilə qədər olan müddətdə, 16,6 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

N.Adilqızı
XQ

İqtisadiyyat