Gömrükdə gözləyən yük maşınlarının sayı açıqlanıb

post-img

Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 27 yük maşını gözləyir.

XQ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 180, “Mazımqara” gömrük postunda 250, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 0 yük maşını var.
 

İqtisadiyyat