Aprelin 23-də vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb

post-img

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri müxtəlif kiber üsulla bank kartlarından oğurlanıb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər