AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar bir neçə reysi ləğv edib

post-img

“Azərbaycan Hava Yolları” QSC Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar bir neçə reysi ləğv edib.

Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 13-ü və 14-nə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:

 

 Bakı-Təl-Əviv-Bakı

J2 021/022 (13 iyun)

J2 321/322 (13 iyun)

J2 021/022 (14 iyun)

 

Bakı-Dubay-Bakı

J2 011/012 (13 iyun)

Bakı-Tehran-Bakı

J2 8017/8018 (13 iyun)

 

Qeyd edilib ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected]  elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

 

 

Son xəbərlər