Tramp: ABŞ İranla nüvə danışıqlarının davam edəcəyini gözləyir

post-img

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana zərbələr endirməsinə baxmayaraq, Vaşinqton və Tehranın nüvə proqramı ilə bağlı danışıqlarının davam edəcəyini gözləyir.

AZƏRTAC xəbər verir ki, Amerika lideri bu barədə “Fox News”in jurnalistinə müsahibəsində deyib.

“Biz İranın nüvə bombası əldə etməsinə icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq”, - deyə Tramp qeyd edib.

“Reuters”in məlumatına görə, ABŞ səlahiyyətliləri yuxarıda qeyd olunan danışıqların növbəti mərhələsinin əvvəlcədən planlaşdırıldığı kimi iyunun 15-də reallaşacağını gözləyirlər.

Dünya