İsrail Hərbi Hava Qüvvələri Tehran yaxınlığındakı ən azı altı hərbi bazaya, o cümlədən Parçindəki obyektə hücum edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadla məlumat yayıb.
Onların məlumatına görə, İslam Respublikasının hərbi komandanlığı üçün yüksək mühafizə olunan iki kompleksdə yaşayış binalarına da zərbələr endirilib.