Azərbaycan–Özbəkistan: parlament dialoqu genişlənir

post-img

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Görüşdə Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında səmərəli əməkdaşlıq mexanizminə çevriləcəyinə inam ifadə edilib.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub. Vurğulanıb ki, bu əlaqələr xalqlarımız arasında oxşar tarixi, dini, mədəni dəyərlərə söykənir. Parlament sədrləri əlaqələrimizin dərinləşməsində ölkə başçılarının rolunu xüsusi qeyd edib, Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni mərhələyə daxil olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, iki ölkənin prezidentlərinin mütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini təmin edib və bu gün ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, bu görüşlər və deputatlar arasında təmaslar əlaqələrin inkişafına töhfə verir.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da Forumu qanunverici orqanlarımız arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirib.

XQ

 

Son xəbərlər