Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib. 

Ali Məhkəmənin mətbuat xidmətindən “Xalq” qəzetinə verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimlərinin iştirak etdiyi iclasda Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, 2025-ci ilin ilk yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsi, hüquqi-maarifləndirmə işinin daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib. Cari ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin fəaliyyətinin 100-cü ilinin  bu ilə təsadüf etdiyini xatırladan Ali Məhkəmənin sədri qəbul olunmuş tədbirlər planına uyğun olaraq 2025-ci ilin ilk altı ayı ərzində keçirilmiş silsilə tədbirlər barədə məlumat verib və bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir.  Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-parktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilib, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.

Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, 2025-ci ilin birinci yarısında Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məhkəməsinin kollegiyalarında baxılmış işlərə dair, həmçinin 2024-cü ildə Nахçıvаn Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən bахılıb nəticə verilmiş müxtəlif kateqoriyalı işlər üzrə qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələri barədə məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

 

 

 

 

 

Son xəbərlər