Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi ixtisası üzrə məzunu Fatimeyi Zəhra Seyfiyeva dünyanın 7 nüfuzlu universitetindən dəvət alıb.
Universitetdən mediaya bildirilib ki, o, Böyük Britaniyanın Edinburq, Mançester, Bristol, Varvik, York, həmçinin İsveç Krallığının Stokholm, Uppsala kimi nüfuzlu universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
BMU məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın Edinburq Universitetində (analitik kimya ixtisası) təhsil almaq qərarı verib.
Elm və təhsildə davamlı inkişafı hədəfləyən Fatimeyi Zəhra Seyfiyeva beynəlxalq təcrübə qazanaraq analitik kimya sahəsində müasir tədqiqatlar aparmaq, innovativ texnologiyalar və yeni həllər üzərində işləmək, əldə etdiyi bilik və bacarıqlarını Azərbaycanda tətbiq etməklə ölkənin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
XQ