Estoniya nəşri də Vaşinqton görüşlərindən yazdı

post-img

Estoniyanın “Business-M” biznes və informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan və ABŞ: Strateji tərəfdaşlığın yeni mərhələsi” sərlövhəli məqalə dərc olunub.

Məşhur onlayn nəşrin materialında Prezident Donald Tramp ilə səfər çərçivəsində keçirilmiş görüşlər, “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu” barədə geniş məlumat təqdim olunub.

Nəşr qeyd edir ki, Strateji İşçi Qrupunun yaradılması ikitərəfli praktiki əməkdaşlığın institusional bazasının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.

XQ

Son xəbərlər