Orta Dəhliz rəqəmsallaşdırılır

post-img

“Middle Corridor Multimodal Ltd.”nin idarə heyətinin sədri Aybek Bijanov bildirib ki, hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) rəqəmsallaşmanın tətbiqi ilə bağlı layihələr həyata keçirilir.

Onun sözlərinə görə, adıçəkilən şirkətin dəhlizdə vahid operator kimi çıxış etməsi planlaşdırılır. Səhmdarları Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yollarıdır. Bütün marşrut boyu bu ölkələrin dəmir yolu qurumlarının maraq və səylərinin birləşdirilməsi, yükdaşıyıcıları üçün şəffaf mühitin yaradılması qarşıya önəmli vəzifə kimi qoyulur.

A.Bijanov qeyd edib ki, hazırda Orta Dəhliz üzrə rəqəmsal həllər tətbiqi əllə aparılan proseslərin minimuma endirilməsinə, yükdaşıma müddətinin azalmasına səbəb olacaq. Bu dəhlizin rəqabətə davamlı, bütöv beynəlxalq marşrut kimi fəaliyyət göstərməsinə şərait yaradacaq.

XQ

Son xəbərlər