Ankarada Üzeyir Hacıbəyli küçəsi

post-img

Azərbaycan peşəkar musiqisinin banisi, Türk dünyasının korifey bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyli qardaş Türkiyədə də ölkəmizdəki kimi sevilir, öyünclə anılır.

Bu ehtiramın nəticəsidir ki, bəstəkarın 140 illik yubileyi şərəfinə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşəbbüsü ilə bu ali məktəbin daxili küçəsinə dahi bəstəkar Üzeyir Hacıbəylinin adı verilib. Dünən Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılış mərasimi keçirilib. Mərasimdə bəstəkarın yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib.

Bu addım həm Üzeyir Hacıbəyli irsinə göstərilən yüksək ehtiramın, həm də Azərbaycan–Türkiyə mədəni əlaqələrinin dərinliyinin bariz ifadəsi kimi dəyərləndirilir.

Xatırladaq ki, Üzeyir Hacıbəylinin çoxşaxəli irsinin beynəlxalq müstəvidə daha geniş tanıdılması və təbliği məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzləri ilə birgə ardıcıl və sistemli layihələr həyata keçirir.

XQ

Son xəbərlər