Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Nazirlikdən verilən xəbərə görə, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq.
Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq.Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq.
Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı başlayır
- Mədəniyyət
- 09:19 06.09.2023
- Oxunma sayı: 1644
Açar sözlər:
Paylaş:
Mədəniyyət
Milli ədəbiyyatşünaslıq xadimi
23:50 09.04.2026Qərbi Azərbaycanın tarixi-siyasi mədəni irsi və qayıdış hərəkatı
23:49 09.04.2026Nəsir İmanquliyevin jurnalistika dərsləri
23:48 09.04.2026“Ögey ana”dan “Fəryad”a gələn İsmayıl dastanı
01:08 09.04.2026Ankarada azərbaycanlı rəssamların Zəfər sərgisi
01:07 09.04.2026“Musiqili dünyam” – sözün hikmətindən musiqinin sehrinə
01:06 09.04.2026-
- 23:59 09.04.2026
-
- 23:59 09.04.2026
-
- 23:58 09.04.2026
-
- 23:58 09.04.2026
-
- 23:57 09.04.2026
-
- 23:56 09.04.2026
-
- 23:55 09.04.2026
-
- 23:55 09.04.2026
-
- 23:54 09.04.2026
-
- 23:54 09.04.2026
-
- 23:53 09.04.2026
-
- 23:52 09.04.2026
-
- 23:51 09.04.2026
-
- 23:50 09.04.2026
-
- 23:49 09.04.2026
-
- 23:48 09.04.2026
-
- 23:46 09.04.2026
-
- 23:45 09.04.2026
-
- 23:42 09.04.2026
-
- 23:41 09.04.2026
-
- 23:40 09.04.2026
-
- 23:39 09.04.2026
-
- 23:39 09.04.2026
-
- 23:37 09.04.2026
-
- 23:36 09.04.2026
-
- 23:35 09.04.2026
-
- 23:31 09.04.2026
-
- 23:29 09.04.2026
-
- 23:27 09.04.2026
-
- 23:25 09.04.2026
-
- 23:22 09.04.2026
-
- 23:20 09.04.2026
-
- 23:18 09.04.2026
-
- 21:23 09.04.2026
-
- 21:11 09.04.2026
-
- 18:54 09.04.2026
-
- 18:21 09.04.2026
-
- 18:16 09.04.2026
-
- 18:14 09.04.2026
-
- 18:11 09.04.2026

