Xivədə keçirilən ikinci Türk Dünyası Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət naziri də iştirak edir

post-img

Qədim Xivə şəhərində UNESCO və ICESCO-nun himayəsi ilə ikinci Türk Dünyası Mədəniyyət Forumun və Forum çərçivəsində IV Beynəlxalq “Baxşı” festivalı keçirilir. 

Tədbirdə dünyanın 40 ölkəsindən gələn nümayəndələr o cümlədən Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə böyük nümayəndə heyəti, həmçinin Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Surayya Er, Azərbaycan Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə və digər rəsmi şəxslər, o cümlədən Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri iştirak edir. 

Tədbiri Azadbek Nazarbekov açarq forum və festival iştirakçılarına uğurlar arzulayıb. Nazir deyib ki, birinci “Baxşı festivalı Özbəkistanın Termez şəhərində, inikci Nukusda, üçüncü Gülüstanda bu dəfə isə qədim Xivə şəhərində keçirilir. 

Nazir üçüncü festivaldan sonra bu sahədə görülən işlərdən də danışıb. 

Sonra söz Azərbaycanın mədəniyyət naziri Adil Kərimliyə verilib. 

A.Kərimli iştirakçıları salamlayaraq bildirib ki, xalqlarımızın

önəmli mədəni dəyərlərindən olan Baxşı sənətinin mötəbər beynəlxalq festival çərçivəsində canlandırılması şübhəsiz ki, türk milli kimliyinin qorunması, adət-ənənələrimizin yeni nəslə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. İki il əvvəl ilk dəfə Türk və İslam dünyasının mədəniyyət paytaxtı, Azərbaycan mədəniyyətinin incisi, əzəli və əbədi türk diyarı olan Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. 

Nazir deyib ki, Türk mədəniyyətinin dünəni, bu günü və sabahı konsepsiyası üzərində qurulan ilk Forum türk dövlətlərin əməkdaşlıq təşkilatları və iştirakçı dövlətlərin mədəniyyət institutlarını bir araya toplamış, ortaq problemlərin müzakirəsi və həlli üçün platforma yaratmışdır. 

Adil Kərimli deyib:”Sevindirici haldır ki, birgə təşəbbüsümüzi dövlət başçıları da bəyənmiş və ötən ilin noyabrında Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə dövlət başçılarımız II Türk Dünyası Mədəniyyət Forumunun 2025-ci ildə keçirilməsinin önəmini vurğulamışlar. 

Əminəm ki, Şuşada başladığımız və bu gün Xivədə davam edən uzunmüddətli və dayanıqlı mədəni əməkdaşlıq formatı bizim üçün yeni üfiqlər açacaqdır”. 

Sonra Sultan Rayev, Aktota Raimkulova, Şahin Mustafayev, Mehmet Surayya Er və digər şəxslər çıxış edib, Türk dünyası arasında bütün sahələrdə o cümlədən mədəniyyəti istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. 

Forum öz işini davam etdirir. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Xivə

 

 

 





Mədəniyyət