Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib

post-img

Park Cinemanın Park Bulvar filialında Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan istehsalı olan "Patrul: Sonuncu Əmr" filminin təqdimatı keçirildi.

Əvvəlcə, izləyiciləri və filmin aktyor heyəti, eləcə də filmin həm prodüseri, həm də rejissoru Rustem Omarov ilə görüş oldu. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri cənab Alim Bayel, Park Cinema kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev də iştirak edirdilər.

Qeyd edək ki, layihə, Qazaxıstan ərazisində deyil, həm də ölkə sərhədlərindən kənarda uğurla tanınan ilk Qazaxıstan franşizasıdır.

Filmdə korrupsiya, məişət zorakılığı və xalqla hakimiyyət arasındakı münasibətlər kimi aktual və həssas ictimai problemlər öz əksini tapmışdır.

"Patrul: Sonuncu Əmr" filmi aprelin 30-dan  etibarən eksklüziv olaraq yalnız Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur. Biletlərinizi aşağıdakı linkə keçid edərək, əldə edə bilərsiniz:

https://new.parkcinema.az/az/movie/6809f2e687f15d5253eeea86

Mədəniyyət