İtalyan bəstəkarı C. Puççininin “Toska" operası yenidən Opera və Balet Teatrının səhnəsində

post-img

2026-cı il yanvarın 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin “Toska" operasının tamaşası keçiriləcək.

Bu barədə XQ-yə Akademik Opera və Balet Teatrından məlumat verilib.

Bildirilib ki, tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa edəcəklər. Həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova tamaşada rol alıblar. Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu Puççini qazanıb. Beləliklə də L. İllika və C. Cakozanın librettosu əsasında Puççini “Toska“ operasını qələmə alır . Operanın süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanır.

Mədəniyyət