Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqınızın dəyanətinin, birliyinin, arzularının rəmzidir.

Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, Somali ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Hasan Şeyx Mahmud

Somali Federativ Respublikasının Prezidenti

Məktublar